Almatı metrosu yanvarın 17-dən işini bərpa edəcək

Almatı metrosu yanvarın 17-dən işini bərpa edəcək
  15 Yanvar 2022    Oxunub:1154
Ötən həftənin əvvəlində iğtişaşlar səbəbindən fəaliyyəti dayandırılan Almatı metropoliteni yanvarın 17-dən işini bərpa edəcək.
AzVision.az Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə şənbə günü şəhərin hakimiyyət orqanları məlumat verib.

“Metropoliten sərnişinlər üçün yanvarın 17-də saat 07:00-dan 21:00-dək açıq olacaq. Qatarlar arasında interval pik saatlarında 10 dəqiqə, qalan vaxtlarda isə 13 dəqiqə təşkil edəcək. Metronun sonrakı iş qrafiki haqqında əlavə məlumat veriləcək”, - məlumatda belə deyilir.

Həmçinin bildirilir ki, həmin gündən meqapolisdə trolleybuslar və şəhərətrafı marşrutlar da daxil olmaqla ictimai nəqliyyat saat 21:00-dək fəaliyyət göstərəcək. Qeyd edək ki, Almatı metrosu Qazaxıstanda yeganə yeraltı nəqliyyat vasitəsidir.

AzVision.az



Teqlər: Metro   Almatı  





Xəbər lenti