NATO Türkiyə-Ermənistan dialoqunu alqışlayır

   NATO Türkiyə-Ermənistan dialoqunu alqışlayır
  15 Yanvar 2022    Oxunub:814
"NATO Moskvada Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri arasında keçirlən görüşü alqışlayır”.

AzVision.az xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter səhifəsində yazıb.
“NATO regionda sabitliyin yaradılmasına kömək edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Biz Ankara və İrəvanı daha çox səy göstərməyə çağırırıq”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın 14-də Rusiyanın paytaxı Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıçla Ruben Rubenyan arasında ilk görüş keçirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti