Ötən il pensiya ödənişi üçün xərclənən vəsait açıqlanıb

Ötən il pensiya ödənişi üçün xərclənən vəsait açıqlanıb
  15 Yanvar 2022    Oxunub:1269
Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən məlumata görə, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib. Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.

2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

AzVision.az



Teqlər: Pensiya  





Xəbər lenti