Şahmatçımız “Praqa Open-2022” turnirinin qalibi olub

Şahmatçımız “Praqa Open-2022” turnirinin qalibi olub
  14 Yanvar 2022    Oxunub:925
Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.
AzVision.az xəbər verir ki, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

AzVision.az


Teqlər:





Xəbər lenti