NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq

NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq
  14 Yanvar 2022    Oxunub:509
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsseldə səfərdə olacaq.
AzVision.az xəbər verir ki, XİN başçısı NATO və Avropa İttifaqının mənzil-qərargahlarında görüşlər keçirəcək.

D.Zalkalianinin Alyansın Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşü olacaq. Nazirin NATO-ya üzv ölkələrin səfirləri ilə qeyri-rəsmi görüşü də planlaşdırılıb.

Görüşlərin əsas məqsədi NATO və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə davam edən dialoq çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasıdır.

AzVision.az


Teqlər: NATO  





Xəbər lenti