"Türkiyə və Ermənistan danışıqları davam etdirmək barədə razılığa gəlib" - XİN

   "Türkiyə və Ermənistan danışıqları davam etdirmək barədə razılığa gəlib" -    XİN
  14 Yanvar 2022    Oxunub:249
Ermənistanın Xarici İşlər Nazirliyi İrəvan və Ankaranın dialoq üzrə xüsusi nümayəndələrinin ilk görüşü barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi qeyd edilib.

"Xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında dialoq yolu ilə normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər tam normallaşmaya nail olmaq üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər", - Ermənistan XİN-in açıqlamasında deyilir.

Xatırladaq ki, ilk görüş bu gün Moskvada baş tutub.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Ermənistan-XİN  







Xəbər lenti