Rusiyada mühüm vəzifə tutan general həbs edildi

   Rusiyada mühüm vəzifə tutan    general    həbs edildi
  14 Yanvar 2022    Oxunub:1986
Rusiyada general həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
235-ci qarnizonun hərbi məhkəməsinin mətbuat xidmətinə istinad edən saytlar yazır ki, Rusiya Aerokosmik Qüvvələrinin Radiotexnika Qoşunlarının rəisi, general-mayor Andrey Koban külli miqdarda rüşvət işi üzrə istintaq təcridxanasına salınıb.

ABŞ-da 160 nüvə başlığı daşıyan rus sualtı gəmisi peyda olub
- Məhkəmə müstəntiqin Rusiya Aerokosmik Qüvvələri Radiotexnika Qoşunlarının rəisi, general-mayor Andrey Kobanın həbs müddətinin aprelin 20-dək uzadılması barədə vəsatətinə baxır-,
məhkəmədən jurnalistlərə bildirib.

Qeyd edilir ki, əslində general 2021-ci ilin noyabrında həbs edilərək nəzarətə götürülüb. Lakin mətbuat bundan yalnız indi, müstəntiqlər həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldıranda xəbər tutub.

İstintaq hesab edir ki, yüksək rütbəli zabit Nijni Novqorod Elmi-Tədqiqat Radiotexnika İnstitutunun baş direktorundan beş milyon rubl məbləğində rüşvət alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   General   Həbs  





Xəbər lenti