Türkiyəli ekspert: "Türk Dövlətləri Təşkilatını kiçiltməyə çalışırlar" - VİDEO
- Bu gün Türk Dövlətləri Təşkilatının yaranması görünür, çoxlarını rahatsız edib. Bu narahatlığın təcəssümünü biz Qazaxıstanda baş vermiş hadisələrdə müşahidə etdik. Maraqlı bir məqam isə Azərbaycanın Vətən müharibəsindən və Qazaxıstanın Azərbaycanı təbrik etməsindən sonra bu gün yaşanan hadisələrdə ermənilərin vəziyyətlə necə manipulyasiya etməsidir. Ermənilər deyirlər ki, "Qazaxıstan müharibədən sonra Azərbaycanı təbrik etsə də, biz bu gün onlara yardıma getdik". Sual çıxır ki, 70 əsgərlə nəyin yardımına gəliblər? Həmin o 70 əsgərin vasitəsilə Türk Dövlətləri Təşkilatını kiçiltməyə çalışırlar. Bu tipli çirkin oyunlarla heç bir şey əldə edə bilməyəcəklər. Biz Türkiyə və Azərbaycan olaraq birliyimizi İkinci Qarabağ Müharibəsində göstərdik. İki qardaş, üç qardaş, beş qardaş birləşsək, gör, nələr olar?!,- Ağar vurğuylayıb.
Teqlər: Türk-birliyi