ABŞ-da 160 nüvə başlığı daşıyan rus sualtı gəmisi peyda olub

ABŞ-da    160 nüvə başlığı    daşıyan rus sualtı gəmisi peyda olub
  14 Yanvar 2022    Oxunub:1242
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus atom sualtı qayığı Amerika sahilləri yaxınlığında peyda olub. Nüvə silahı daşıyan gəminin ABŞ sahillərinə yaxınlaşması amerikalı hərbçilərin çaşqınlığına səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə Çinin "NetEase" nəşri məlumat yayıb. Məqalə müəllifinin sözlərinə görə, göyərtəsində nüvə raketləri olan Rusiya sualtı qayığı uzun müddət ABŞ sahilləri yaxınlığındakı su hövzələrində patrul xidməti aparsa da aşkarlanmayıb.

- Rusiyanın 160 nüvə başlığı daşıya bilən ən güclü nüvə sualtı qayığı cəsarətlə ABŞ-ın "həyətinə" girdi-, məqalədə yazılıb.



Çin nəşri yazır ki, jurnalistlər qayığın növünü tapmaqda çətinlik çəkirlər. Onların sözlərinə görə, naməlum sualtı qayıq ya "Borey" layihəli, ya da daha köhnə "Akula" tipli hərbi gəmidir. Qeyd olunur ki, Pentaqon qayıqdan yalnız patrul bölgəsini tərk edərkən xəbər tutub. Bu informasiyanın ümumiyyətlə necə üzə çıxması, qayığın niyə dərhal aşkarlanmasının mümkün olmaması barədə məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Nüvə   Gəmi  





Xəbər lenti