Azərbaycanın keçmiş naziri vəfat edib

   Azərbaycanın keçmiş naziri vəfat edib
  14 Yanvar 2022    Oxunub:916
Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.
AzVision.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olub.

O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışıb.

XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

3 övladı var.

AzVision.az



Teqlər: Nazir  



Xəbər lenti