Narkotik çəkib, maşın sürdü

Narkotik çəkib, maşın sürdü
  14 Yanvar 2022    Oxunub:670
Füzuli rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Füzuli rayon sakini Natiq Hüseynxanovun idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə N.Hüseynxanov 6 ay müddətində sürücülük hüququndan məhrum edilib.

AzVision.az



Teqlər: Narkotik  





Xəbər lenti