Fondun dəstəyi ilə iməclik keçirildi

Fondun dəstəyi ilə iməclik keçirildi
  05 Aprel 2014    Oxunub:1191
Heydər Əliyev Fondunun dəstəyi ilə Qaradağ rayonunda iməclik keçirilib.
AzVision.az Heydər Əliyev Fondunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Qaradağ rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə ağacəkmə kampaniyasına başlanılıb. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında 5 mindən çox ağac, o cümlədən eldar şamı, şam, sərv və müxtəlif növ gül kolları əkilib.

Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti