Bağçada uşağı vuran tərbiyəçi işdən çıxarılıb - YENİLƏNİB

   Bağçada uşağı vuran tərbiyəçi işdən çıxarılıb -   YENİLƏNİB
  14 Yanvar 2022    Oxunub:2046
Sosial şəbəkələrdə uşaq bağçalarının birində uşağa qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb. Yayılan görüntülərdə qadın azyaşlının çörəyi yeməsini təkrar edir və bunu etmədikdə onun başına vurur.
Görüntülər ictimaiyyətin böyük narazılığına səbəb olub.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov az-a açıqlamasında həmin şəxsin cəzalandırılacağını bildirib:

"Hadisənin hansı uşaq bağçasında olması məlum deyil. Araşdırılır və həmin şəxs cəzalandırılacaq".

00:08

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə İsmayıllı rayon Aşağıbaş kənd bağçasında baş verib.
"Məlumat verilib ki, uşağı vuran onun qohumudur və o, işdən uzaqlaşdırılıb".

Aytən Zəhra
AzVision.az



Teqlər: Bağça  





Xəbər lenti