Dövlət agentliyi 8 milyon manatlıq avtomobil alır

Dövlət agentliyi    8 milyon    manatlıq avtomobil alır
  13 Yanvar 2022    Oxunub:1335
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
AzVision.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abşeron Avtomobil Mərkəzi" MMC-dir.

Qalib şirkətə 7,909 milyon manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri təxminən 122 min manata başa gələcək.

AzVision.az



Teqlər: Avtomobil  





Xəbər lenti