Bu il kənd təsərrüfatında hansı yeniliklər ediləcək? - Açıqlama

Bu il kənd təsərrüfatında hansı yeniliklər ediləcək? -    Açıqlama
  13 Yanvar 2022    Oxunub:940
"2022-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas məqsədlərdən biri iqlim dəyişikliyinin təsirinin neytrallaşdırılması, su resurslarının səmərəli istifadə edilməsi, suya qənaət edən texnologiyların tətbiqinin genişləndirilməsi siyasetinin təşviqidir".
Bu barədə AzVision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib. O bildirib ki, yeni texnologiyalar bitkələrin ehtiyaclarının daha çevik qiymətləndirilməsinə imkan verən müasir informasiya texnologiyaları sistemidir:

"Nazirlik rəqəmsal kənd təsərrüfatı pilot layihəsini Quba -Xaçmaz regionunda tətbiq edir. Nəticədə, fermərlərə operativ məlumatlar göndərilir. Bu il belə operativ texnologiyaların tətbiq olunacaq ərazilərin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, müasir suvarma sistemlərinin əkin sahələrində payının artırılması nəzərdə tutulur.

Müasir toxumçuluğun inkişafında iki məsələ nəzərdə tutulur: sertifikatlı toxumlardan, yəni keyfiyyətli toxumalardan istifadənin genişləndirilməsi və yerli toxum üzrə potensialın gücləndirilməsi.

Bizdə elə toxumçuluq və tingçilik şirkətləri yaranıb ki, onlar beynəlxalq sertifikasiyadan keçərək yaxın vaxtlarda region ölkələrinə məhsul ixrac edəcək. Bu il heyvanların identifikasiya sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur. Həmçinin, intensiv fermanın genişləndirilməsi kimi çağırışlar var. Fermerlərə məsləhət informasiya xidməti sisteminin yenidən qurulması və bütün fermerlərə əhatə edən bir sisteminin yaradılması əsas vəzifələrdəndir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti