Bu xidmətlərə görə vergi güzəştlərinin müddəti uzadılıb

Bu xidmətlərə görə vergi güzəştlərinin müddəti uzadılıb
  13 Yanvar 2022    Oxunub:949
Azərbaycanda icbari tibbi sığorta xidmətlərinin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azadolmanın müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.
AzVision.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub. Məcəllənin 164.1.51-ci maddəsinə edilmiş dəyişikliyə görə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi bu ilin sonuna qədər vergidən azad ediləcək.

Qeyd edək ki, adıçəkilən güzəştin müddəti bu ilin yanvarın 1-də bitmişdi. Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.

AzVision.az


Teqlər: ƏDV  





Xəbər lenti