Prezident İlham Əliyev Ukraynaya səfər edəcək

  Prezident İlham Əliyev Ukraynaya səfər edəcək
  13 Yanvar 2022    Oxunub:1117
Azərbaycan Prezidenti İlham Əliyev Kiyevə səfər edəcək. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər yanvarın 14-də baş tutacaq və dövlət başçısının Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub.

- Yanvarın 14-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə ölkəmizə işgüzar səfər edəcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçiriləcək, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, saat 13.15-də prezidentlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Tural Tağıyev
AzVision.az




Teqlər:





Xəbər lenti