Ermənistan mediası ordumuzun məhv etdiyi hərbçilərin fotolarını yaydı

  Ermənistan mediası ordumuzun məhv etdiyi hərbçilərin fotolarını yaydı
  12 Yanvar 2022    Oxunub:5225
Ermənistan mediası dünən Azərbaycanla sərhəddə törədilən təxribatlara cavab olaraq məhv edilmiş erməni hərbçiləri haqqında məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar təxribatçıların şəkilini dərc edərək onlardan birinin ciddi uğurlar qazanmış idmançı olduğunu yazıb.

- Çəmbərəkin Yuxarı Şorca kəndində (Verin Şorj-red) ölən kiçik serjant Rudik Qaribyandır. O, Alaverdidən idi. 14 fevral 2021-ci ildə orduya çağırılıb.
Digər hərbçi isə Gümrüdən olan Artur Mxitaryandır.


Şəhidimizin qisası alındı: 3 erməni əsgəri məhv edilib
Döyüşlər zamanı öldürülmüş üçüncü təxribatçı hərbçi Vahan Babayan olub. Bu gün Ermənistan Müdafiə Nazirliyi onun da məhv edilməsini təsdiqləyib. Saytlar yazır ki, 2003-cü il təvəllüdlü Vahan Babayan idmançı imiş. Babayanın idmanda bir sıra uğurlar qazandığı da söylənilir.



Xatırladaq ki, dünən Ermənistanın Müdafiə Nazirliyi sərhəddə iki əsgərin ölməsi və 5 nəfərin yaralanması barədə məlumat yaymışdı. Beləliklə, İrəvanın törətdiyi təxribat nəticəsində 3 nəfər - sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qaribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayan (2003-cü il təvəllüdlü) ölüb.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Təxribat   Sərhəd  







Xəbər lenti