Şəhidimizin qisası alındı: 3 erməni əsgəri məhv edilib

 Şəhidimizin qisası alındı:  3 erməni əsgəri məhv edilib
  12 Yanvar 2022    Oxunub:867
Ermənistanın yanvarın 11-də dövlət sərhədində törətdiyi təxribat nəticəsində daha bir əsgəri məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məhv edilmiş erməni əsgər 2003-cü il təvəllüdlü Vaqan Babayandır.

Xatırladaq ki, dünən Ermənistanın Müdafiə Nazirliyi sərhəddə iki əsgərin ölməsi və 5 nəfərin yaralanması barədə məlumat yaymışdı. Beləliklə, törətdikləri təxribat nəticəsində 3 nəfər - sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qəribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayan (2003-cü il təvəllüdlü) ölüb.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Ermənistan   İtki  







Xəbər lenti