Almaniyanın XİN : ““Şimal axını 2” hələlik Aİ tələblərinə cavab vermir”

   Almaniyanın XİN   : ““Şimal axını 2” hələlik Aİ tələblərinə cavab vermir”
  10 Yanvar 2022    Oxunub:1633
Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, “Şimal axını 2” qaz kəmərinin tikintisi layihəsi hələlik Avropa İttifaqının tələblərinə cavab vermir.
AzVision.az xəbər verir ki, diplomatın fikirləri İtaliyanın "La Stampa" qəzetində yer alıb.

Nazir bildirib ki, məhz bu onun sertifikatlaşdırılması prosesinin dayandırılmasına səbəb olub: “Federal hökumətimiz koalisiya sazişində açıq şəkildə qeyd edib ki, Almaniyadakı enerji layihələri Avropa tələblərinə cavab verməlidir, bu, “Şimal axını 2”yə də aiddir. Amma hazırda belə deyil, ona görə də sertifikatlaşdırma prosesi dayandırılıb”.

A. Berbokun sözlərinə görə, “Şimal axını 2”nin işə salınması məsələsi geosiyasi xarakter daşıyır. Nazir təsdiq edib ki, hazırkı Almaniya hökuməti ABŞ-la birgə bəyannamədə əksini tapan yanaşmanı bölüşür: “Moskvanın enerjidən silah kimi istifadə edəcəyi və ya Ukraynaya qarşı hər hansı aqressiv addım atacağı təqdirdə avropalı tərəfdaşlarla birlikdə Rusiyaya qarşı təsirli sərt tədbirlər görüləcək”.

AzVision.az


Teqlər: Almaniya   Rusiya  





Xəbər lenti