Jurnalistlərə silahlı hücum olub

Jurnalistlərə silahlı hücum olub
  05 Aprel 2014    Oxunub:921
Əfqanıstanda prezident seçkilərinə bir gün qalmış, naməlum şəxslər ölkənin şərq hissəsində xarici jurnalistləri atəşə tutub.

AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində jurnalistlərdən biri həlak olub, onun həmkarı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin məlumatında onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilir ki, həmin jurtnalistlər Pakistanla sərhəd olan kiçik şəhərdə işləyiblər. Səhər saatlarında bir qrup şəxs onlara hücum edib. Şahidlərin sözlərinə görə, hücum edənlər polis geyimlərində olublar.

Müxbirlərin milliyyəti hələlik bilinmir.


Teqlər:





Xəbər lenti