Maşınla vurulan qadın xəstəxanda ölüb

Maşınla vurulan qadın xəstəxanda ölüb
  07 Yanvar 2022    Oxunub:1112
Bakıda avtomobilin vurduğu qadın xəstəxanda ölüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-i saat 7 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Şabanzadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülçöhrə Xudaverdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın yanvarın 6-da orada ölüb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: Piyada  





Xəbər lenti