Qanunsuz qum daşıyanlar Prokurorluğa verildi

Qanunsuz qum daşıyanlar Prokurorluğa verildi
  07 Yanvar 2022    Oxunub:1032
Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov AzVision.az -a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əsəd Ağayev tərəfindən “HOWO” markalı 99-RE-643 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə 2592 kubmetr həcmində qumun qanunsuz daşındığı və təbiətə 36 288 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti