Abşeronda 3 nəfər dəm qazından ölüb

   Abşeronda 3 nəfər dəm qazından ölüb
  07 Yanvar 2022    Oxunub:861
Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: Qaz   Ölüm  





Xəbər lenti