“Aeroflot” Almatıya uçuşları ləğv etdi

   “Aeroflot” Almatıya uçuşları ləğv etdi
  05 Yanvar 2022    Oxunub:899
Rusiyanın milli aviadaşıyıcısı “Aeroflot” Qazaxıstanda hökumət əleyhinə etirazlar fonunda Moskvadan Almatıya reysi ləğv edib.
AzVision.az xəbər verir ki, uçuş saat 20:55-də baş tutmalı idi. Şeremetyevo hava limanının uçuş cədvəlində reysin ləğv edilməsi təsdiqlənib. Aeroflotun Moskvadan Nur-Sultana reysi hazırda cədvəl üzrədir.

Qeyd edək ki, Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar keçiriblər. lakin etirazlar digər şəhərlərə də yayılıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti