"Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edirik" - Rusiya XİN
“Biz, Rusiyanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, qardaşlıq, insani təmaslarla bağlı olduğu ölkədə vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edirik”, - Rusiya XİN-in saytında deyilir.
Qeyd olunub ki, Rusiya Qazaxıstanda vəziyyətin iğtişaşlarla deyil, dialoq yolu ilə normallaşdırılmasının tərəfdarıdır: "Qardaş qonşu ölkədə baş verənləri diqqətlə izləyirik. Biz bütün problemlərin küçə iğtişaşları və qanunların pozulması ilə deyil, konstitusiya-hüquqi yolla və dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq”.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Rusiya-XİN







Vaxtında, Aydın, Lazımlı!


