"Qazaxıstan Rusiyadan kömək istəməyib" - Peskov
"Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər", - Peskov söyləyib.
Qeyd edək ki, Qazaxıstanda maye qazının qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiyalar başlayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib. Lakin etirazlar digər şəhərlərə də yayılıb. Etirazçılar hökumət binalarına hücum edib, onları yandırıblar. Prezident bir sıra şəhərlərdə yanvarın 19-dək fövqəladə vəziyyət elan edib
Pərvanə Sultanova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


