Etirazçılar Almatıda hakim partiyanın binasını yandırıb

Etirazçılar Almatıda hakim partiyanın binasını yandırıb
  05 Yanvar 2022    Oxunub:1347
Qazaxıstanın Almatı şəhərində etirazçılar hakim Nur Otan (Vətən İşığı) partiyasının binasını yandırıblar.

AzVision.az xəbər verir ki, bu barədə “Zakon.kz” portalı yazıb.

Məlumata görə, etirazçılar şəhərin mərkəzində avtomobilləri də yandırıblar.
“Nur Otan” Qazaxıstanın ən böyük partiyasıdır. Yarandığı gündən partiyaya Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev rəhbərlik edib. 2021-ci il noyabrın 23-də isə Nazarbayev partiyaya rəhbərliyi hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə təhvil verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti