Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi

   Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi
  05 Yanvar 2022    Oxunub:1836
"Qazaxıstanda 2-3 yanvar 2022-ci il tarixlərində başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyirik".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatnda deyilir.

“Biz dost Qazaxıstanın sabitliyinə önəm veririk. Qardaş qazax xalqının sülh və əmin-amanlıq içində olmasını istəyirik. Qazaxıstan administrasiyasının bu böhrandan çıxacağına tam inanırıq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik", - XİN-in açıqlamasında qeyd edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə-XİN  



Xəbər lenti