Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb

Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb
  03 Yanvar 2022    Oxunub:924
Zərdab rayonunda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər. Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti