Tanışını döyərək öldürənin məhkəməsi başlayır

Tanışını döyərək öldürənin məhkəməsi başlayır
  03 Yanvar 2022    Oxunub:784
Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin cinayət üzrə məhkəməsi başlayır .
AzVision.az xəbər verir ki, cinayət işi yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mamhmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci təvəllüdlü H.Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı 1994-cü il təvəllüdlü Hüseyn Hüseynova müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Zərərçəkmiş almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

H.Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

AzVision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti