Bakıda dəhşətli qəza: Sürücü öldü

Bakıda dəhşətli qəza:    Sürücü öldü
  30 Dekabr 2021    Oxunub:2122
Bakı şəhərinin Binəqədi rayonu ərazisində “QAZel” markalı yük maşını beton maneəyə çırpılıb
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Quliyev Nazim Əhliman oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti