Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi azalıb

   Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi azalıb
  30 Dekabr 2021    Oxunub:1092
2021-ci ildə depozitlərin dollarlaşma səviyyəsi azalmaqda davam edib. Xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin əvvəlindəki 56.4%-dən tədricən azalaraq noyabr ayında 51% təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 50.8%-dən 41.9%-ə, kreditlərin dollarlaşması isə müvafiq olaraq 29.8%-dən 26.5%-ə düşüb. 2015-ci ilin əvvəlindən ilk dəfə olaraq fiziki şəxslərin manatla əmanətlərinin xüsusi çəkisi xarici valyutada əmanətləri üstələyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bank  





Xəbər lenti