Əmək pensiyaları ilə bağlı qanun dəyişdi

   Əmək pensiyaları ilə bağlı qanun dəyişdi
  29 Dekabr 2021    Oxunub:957
“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti