Tanınmış supermarketlər şəbəkəsi ilə bağlı araşdırma başlandı

Tanınmış supermarketlər şəbəkəsi ilə bağlı araşdırma başlandı
  29 Dekabr 2021    Oxunub:1050
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarketlər” şəbəkəsi tərəfindən Yeni il ərəfəsində yaydığı reklam xarakterli məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün araşdırmaya başlayıb.
AzVision.az -ın xidmətə istinadən verdiyi məlumata görə, monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business İnsight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

Bildirilir ki, Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir: "Reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər". aparılır.

AzVision.az


Teqlər: Araz   Supermarket  





Xəbər lenti