İlk türk elektrikli avtomobilini 250 robot yığacaq

   İlk türk elektrikli avtomobilini    250 robot    yığacaq
  28 Dekabr 2021    Oxunub:3199
İlk türk elektrik avtomobilini istehsal edəcək "Togg" avtomobil zavodunda "elektrocar"ı yığmaq üçün 250 robot işə salınacaq. Bu barədə Türkiyə mediasına “Turkish Cars” (Togg) qrupunun baş direktoru Gürcan Karakaş məlumat verib.
Onun sözlərinə görə, istehsalat müəssisələrinin avadanlıqlarının quraşdırılması gələn il başa çatdırılacaq. Hazırda plan çərçivəsində sərmayə qoyuluşu davam edir.
- İki minə yaxın işçinin çalışdığı istehsal müəssisələrinin avadanlığının hazırlanmasının 2022-ci ilin mayında başa çatdırılması planlaşdırılır. Hazırda 62 robotun quraşdırılmasına başlanılıb, - baş direktor deyib.

Sınaq istehsalına 2022-ci ilin iyulunda başlanacaq və ilk seriyalı avtomobil gələn ilin dördüncü rübündə konveyerdən çıxacaq. 2030-cu ilə qədər 5 fərqli modeldə 1 milyon avtomobil istehsal etmək planlaşdırılır.

Qeyd edək ki, "Togg" 2018-ci ildə təsis edilib. 2019-cu ilin dekabr ayında iki "Togg" elektromobil modeli - "krossover" və "sedan" ilk dəfə təqdim olundu. Onların gücü 200 və 400 at gücünə malikdir.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti