FİFA ABŞ-ın sanksiyalarına qoşulmur

FİFA ABŞ-ın sanksiyalarına qoşulmur
  04 Aprel 2014    Oxunub:1060
Beynəlxalq Futbol Federasiyası(FİFA) Rusiyanı 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatından məhrum etməyəcək.

AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ senatorları FİFA-dan, Ukrayna hadisələrinə görə Rusiyanı futbol üzrə dünya çempionatında iştirak etməkdən məhrum etməyi xahiş edib. Lakin FİFA ABŞ senatorlarının təklifinə rədd cavabı verib.

Bu ilin mart ayında ABŞ senatorları Mark Kirk və Den Koats təşkilatdan Rusiyanın üzvlüyünü dayandırmasını, 2014-cü ildə Braziliyada və 2018-ci ildə isə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından məhrum etməsini xahiş edib.
FİFA-nın baş katibi Jerar Valke Rusiyanın çempionatda iştirak hüququndan və 2018-ci il çempionatının ev sahibliyindən məhrum edilməsi təşəbbüsü ilə çıxış edən ABŞ senatorlarına məktub yollayıb. Valke məktubunda milli komandaların öz ölkələrinin rəhbərlərinin hərəkətinə görə məsuliyyət daşımalı olmadıqlarını vurğulayıb.

Amerikalı senatorlar isə FİFA-nın qərarı ilə razılaşmırlar və bildiriblər ki, federasiyanın tarixində belə hallar baş verib. Belə ki, 1992 və 1994-cü illərdə Yuqoslaviya millisi Balkan müharibəsi ilə əlaqədar çempionatlara buraxılmayıb.



Teqlər:





Xəbər lenti