Terminalın "Boeing 767" təyyarələri üçün yararlı olan 8 teleskopik zolağı olacaq. Layihənin estetik görünüşü və konik fasada malik olması sərnişinlərin rahatlığı və uçuşöncəsi stresin azaldılması üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq hava limanının yeni terminalı ildə 3 milyon sərnişinə xidmət göstərəcək.
Terminalın ərazisi 53 min kv.m. təşkil edir, burada mağaza və gözləmə zallarının yerləşdirilməsi nəzərdə tutulub.