Eelektrik cərəyanı ilə balıq tutanlar saxlanılıb

Eelektrik cərəyanı ilə balıq tutanlar saxlanılıb
  27 Dekabr 2021    Oxunub:977
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a bildiriblər ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Vəliuşağı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkarlanıb.

Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Xaliq Cəfərov və Yunis Baxşəliyev olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti