Azərbaycan Rusiyadan buğda alışını azaldıb

   Azərbaycan Rusiyadan buğda alışını azaldıb
  27 Dekabr 2021    Oxunub:1380
Türkiyə cari kənd təsərrüfatı ilində (iyul 2021-iyun 2022) Rusiyadan 4,3 milyon ton buğda alıb.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Eyni zamanda, İran dekabrda alışlarını bir qədər azaldıb və ikinci yerə yüksəlib. Bu müddət ərzində o, Rusiyadan 4 milyon ton idxal edib ki, bu da bir il əvvəlkindən 6 dəfə çoxdur.

Rusiya buğdasının ən böyük alıcılarından biri – Misirdir. Bu mövsüm Misir idxalını bir il əvvəlki 6 milyon tona qarşı 3,4 milyon tona qədər azaldıb. Dördüncü yeri Rusiyadan 840 min ton buğda alan Səudiyyə Ərəbistanı tutur. Beşinci yerdə isə Azərbaycandır (1,05 milyon tona qarşı 0,7 milyon ton - Red).

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: buğda   Rusiya  





Xəbər lenti