Avtobusda oğurluq edən tutuldu

Avtobusda oğurluq edən tutuldu
  25 Dekabr 2021    Oxunub:1413
Badamdar qəsəbəsi ərazisində avtobusda Bakı şəhər sakini A.Şıxıyevanın çantasından içərisində 470 manat məbləğində pul olan pulqabısı oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, oğurluqda şübhəli bilinən paytaxt sakini R.Əsgərov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı polis idarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti