Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  23 Dekabr 2021    Oxunub:1011
Kəpəz Rayon Polis İdarəsinə dekabrın 22-də saat 10 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Heydərlinin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini C.Hüseynov saxlanılıb. Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti