Karantin qaydalarını pozan toy sahibi cərimələndi

Karantin qaydalarını pozan toy sahibi cərimələndi
  21 Dekabr 2021    Oxunub:1170
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Ələddin Kərimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı Ə.Kərimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti