Azərbaycan XTQ-nin tüfəngləri erməni qadınların əlində
// Yunanlar erməniləri Azərbaycanın işlətdiyi silahlarla tanış edir
Dəvət edilən tərəf olan Ermənistan snayperləri Kipr Milli Qvardiyasının təcrübəsindən faydalanmaqla bərabər, Azərbaycanın XTQ və DSX-nin arsenalında olan atıcı silahlardan atəş açmağa, bahalı optik cihazlarla məşq etməyə imkan tapıblar.
Amma rəsmi qurumun yaydığı fotoşəkillərdən bəlli olur ki, Kiprə aparılan erməni qadın-snayper "bullpup" yığımlı “Tavor TAR-21” (İsrail) hücum tüfəngini doğru-dürüst tutmaq iqtidarında deyil. Onun nə dərəcədə peşəkar snayper olması haqqında isə bu görüntülərə baxaraq, nəticə çıxarmaq mümkündür.
Əsas görünən odur ki, erməni tərəfi istənilən sahədə "kurtizan diplomatiyası”ndan əl çəkmək niyyətində deyil.
Erməni snayperlərinin müxtəlif yarışlarda, o cümlədən, Rusiyanın Müdafiə Nazirliyinin təşkil etdiyi "Beynəlxalq Ordu Oyunları - Snayper həddi" və müntəzəm olaraq Çeçenistanda keçirilən güc strukturlarının yarışlarındakı fiaskosu hamıya bəllidir. Buna baxmayaraq, onlar hər il öz bəxtlərini sınamağa davam edirlər…
Amma bu təlimin ab-havası tam başqadır. Türk dünyasının əleyhinə dostluq edənlərin ittifaqını göstərən bu tədbirin əsas məqsədi müxtəlif istiqamətlərdə (məsələn Şərqi Türkiyə, Qarabağ, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya zonası və s.) təxribat və terror ssenarilərinin hazırlanması və proksi-qruplar tərəfindən, yaxud infiltrasiya zamanı icrasıdır.
Xatırlatmaq lazımdır ki, "yunan cütlüyü" cəmi bir ay öncə eyni bazada Yunanıstan, Ermənistan və Kipr xüsusi təyinatlı bölmələrinin təlimini keçirmişdi. Yəni, "üçtərəfli əməkdaşlıq proqramı" üzrə hazırlanan erməni terrorçuların istehsalı artıq konveyerə qoyulub. Bunun əsas əlamətlərinidən biri də hər iki treninqdə çəkilmiş fotolarda təlimatçı və kursantların üzlərinin bağlanmasıdır.
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Snayper Ermənistan Kipr