"17217 nəfər məktəbəqədər təhsil sahəsində çalışır"- Nazir

   "17217 nəfər məktəbəqədər təhsil sahəsində çalışır"-   Nazir
  21 Dekabr 2021    Oxunub:836
"Ölkə üzrə 1825 məktəbəqədər təhsil müəssisəsi var ki, onun 1692 -si dövlət müəssisələridir. Burada 126509 uşaq oxuyur və onun da 121385 nəfəri dövlət müəssisələrində təhsil alır".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 133 özəl məktəbəqədər təhsil müəssisələrinfə 5124 uşaq təhsil alır:

"17217 nəfər məktəbəqədər təhsil sahəsində işləyir. Təhsil sahəsində işə qəbulla bağlı müsbət metodlar məktəbəqədər təhsil müəssisələri də tətbiq oluna bilər. Bu müəssisələr ayrı-ayrı fəaliyyət göstərdiyi üçün bizdə tam baza yoxdur".

Nazir qeyd edib ki, özəl sektorun sayının artırılması, alternativ məktəbəqədər təhsil müəssisələrinin tətbiqi nəzərdə tutulur:

"Təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsi vacibdir. İnsanın öyrənməsi həyatında ilk 1000 gündə üzləşdiyi təcrübə ilə əlaqədardır".

Aytən Bağırzadə
AzVision.az



Teqlər:





Xəbər lenti