Bakıda bomba həyəcanı: nazirlik ayağa qalxdı

Bakıda bomba həyəcanı: nazirlik ayağa qalxdı
  03 Aprel 2014    Oxunub:1195
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatdan daxil olandan sonra dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin etmiş, axtarış işləri aparıblar. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.

Əməliyyatı saat 01:37-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti