4 min nəfərin maaşı 20 faiz artacaq

   4 min nəfərin maaşı 20 faiz artacaq
  17 Dekabr 2021    Oxunub:962
Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti