Rusiyada erməninin azərbaycanlı bilərək bıçaqladığı həkim öldü

   Rusiyada erməninin azərbaycanlı bilərək bıçaqladığı həkim öldü
  17 Dekabr 2021    Oxunub:1460
Rusiyanın paytaxtı Moskvanın özəl klinikalarının birində erməniəsilli şəxsin azərbaycanlı bilərək bıçaqladığı özbək həkim xəstəxanada dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, insident dekabrın 13-də Moskvanın Yasnaya küçəsində stomatoloji klinikada baş verib. Murad Ohanesyan müalicə olunduğu klinikaya gələrək həkim stomatoloq Camal Odilova bıçaqla çoxsaylı zərbələr endirib. Ohanesyanın müalicənin nəticəsindən narazı qaldığı bildirilib.

Lakin polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Ohanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.


AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti