Hacıqabulun keçmiş prokuroruna yeni vəzifə verilib

   Hacıqabulun keçmiş prokuroruna yeni vəzifə verilib
  17 Dekabr 2021    Oxunub:1216
Hacıqabul rayon prokuroru Rövşən Maqsudov vəzifəsindən azad edilib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, o, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı AzVision.az -a təsdiqləyib.

AzVision.az


Teqlər: Baş-prokurorluq  





Xəbər lenti