Polis əməliyyatlar keçirib, 15 tüfəng götürülüb

Polis əməliyyatlar keçirib,    15 tüfəng götürülüb
  17 Dekabr 2021    Oxunub:664
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Polis  





Xəbər lenti